İstanbul nəhəngi iki futbolçunu saxlamaq istəyir
Türkiyənin “Fənərbağça” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadacaq.
Msport.az “Fotomaç”a istinadən xəbər verir ki, bunlar İrfan Can Kahveci ve Osayi Samueldir
Hər iki oyunçu ilə üçillik sözləşmə bağlanacaq.
Qeyd edək ki, onların hazırkı müqavilələri 2025-ci ildə başa çatmalı idi.