featured-image-49691

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt Avro-2024-də Danimarka ilə matçdan (1:1) sonra fikirlərini bildirib. Msport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis komandası ın oyunundan razı qalmadığını bildirib:

“Aydən məsələdir ki, oyunumuz elə də yaxşı alınmadı. Topa nəzarət etmək baxımından problemlər yaşayırıq. Başqa bir oyun səviyyəsinə yüksəlməliyik. Biz geridə qalan 2 oyundan fərqli olaraq, rəqibə daha çox təzyiq göstərməliyik. İstədiyimiz kimi oynaya bilmirik.

Bütün gücümüzlə oyuna diqtə etmək istəyirdik, lakin bu gərginlik yaradırdı. Turnirdə daha çox irəliləmək istəyiriksə, bundan daha yaxşı olmalıyıq.

Oyunları təhlil edib yaranan prpblemləri aradan qaldırmalıyıq. Yaxın günlərdə buna vaxt ayıracağıq”.

Bənzər xəbərlər