featured-image-23687

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Kilian Mbappenin oyunundan zövq aldığını bildirib.

Msport.az “Canal+”a istinadən xəbər verir ki, norveçli hücumçu onunla bir komandada oynamaq arzusunu da dilə gətirib:

“Yaxşı futbolçular çoxdur, Kilian da onlardan biridir. O, çox güclüdür! Fransızların bəxti gətirib ki, milli komandalarında belə oyunçu var. Əlbəttə, mən istərdim ki, o, Norveç yığmasında çıxış etsin. Amma bu mümkün deyil.

O, güclüdür, sürətlidir və artıq uzun illərdir ki, belə oynayır. Məndən cəmi 2 yaş böyükdür? Bu inaılmazdır! O, hələ ən yüksək səviyyədə on il də oynaya bilər. O, fenomenal hücumçudur”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər