“İstəyirəm ki, Keyn burda qalsın” – “Tottenhem”in baş məşqçisi
“Tottenhem”in baş məşqçisi Anqelos Postekoqlu “Bayern”in maraq dairəsində olan Harri Keyn barədə fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, İngiltərə millisinin liderinin klubda qalmasını arzulayır:
“Keyn dünyanın ən yaxşı futbolçularından biridir. Mən istəyirəm ki, Harri burda qalsın, həm də “Tottenhem”in uğurlu olmasını istəyirəm. Əminəm ki, o da eyni şeyi arzulayır”.
“Bayern” London klubuna hücumçu ilə bağlı 80 milyon avroluq təklif göndərsə də, “Tottenhem” hələ ki “yox” cavabı verib.
Qeyd edək ki, 29 yaşlı forvard 2011-ci ildən London təmsilçisində çıxış edir.







