featured-image-29925

UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimə edib.

Msport.az xəbər verir ki, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.

“Friends Arena”dakı matçın gedişində İsveçdə yaşayan ermənilər  fanatlar separatçı qruplaşmaların bayrağını qaldırıblar. Polis bunun qarşısını alıb və təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.

Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər