featured-image-66499

“Kopenhagen”in vingeri Runi Bardji karyerasını “Barselona”da davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, İspaniya nəhənginin Danimarka klubu ilə apardığı danışıqlar müsbət məcrada yekunlaşmaq üzrədir.

19 yaşlı isveçlinin Kataloniya təmsilçisinə gələn ay qoşulması gözlənilir. Paytaxt təmsilçisi ilə müqaviləsi bu ilin dekabrına qədər olan Bardji üçün “Barsa”nın 2-3 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Küveytdə doğulan 19 yaşlı Runi İsveçin U-21 millisinin üzvüdür.

Bənzər xəbərlər