featured-image-65005

“Sampdoriya” İtaliyanın C Seriyasına düşüb.

Msport.az xəbər verir ki, komanda tarixində ilk dəfə üçüncü liqaya yuvarlanıb.

Genuya təmsilçisi B Seriyasında 51 xalla 18-ci pillədə tamamlayıb. Halbuki komanda iki il əvvəl A seriyasında çıxış edirdi. “Sampdoriya” 38-ci turda səfərdə “Yuve Stabia” ilə heç-heçə edib (0:0).

Qeyd edək ki, “Sampdoriya” 1990-91 mövsümündə İtaliya çempionu olub, həmçinin 1984-85, 1987-88, 1988-89, 1993-94 mövsümlərində ölkə kubokunu, 1991-ci ildə ölkə Superkubokunu, 2007-ci ildə isə İntertoto kubokunu qazanıb.

Bənzər xəbərlər