featured-image-59073

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Hakim Ziyeş karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Komo”, “Venesiya”, “Kalyari” və “Torino” kimi komandalar yarımmüdafiəçinin vəziyyətini yaxından izləyir.

Səudiyyə Ərəbistanından “elçi”ləri olan mərakeşli ulduzun prioriteti Avropadır.

Mərakeşli ulduz bu komandalardan birinə getsə, karyerasında bir ilk yaşayacaq. “Tvente”, “Ayaks”, “Çelsi” kimi klublarda çıxış edən Ziyeş karyerasında ilk dəfə İtaliyada çıxış edəcək.

Təcrübəli futbolçu ilə İtaliya komandalarından başqa, “İpsviç” və “Vest Hem”in də maraqlı olduğu iddia edilir.

Bənzər xəbərlər