featured-image-24675

İtaliyanın “Udineze” klubu heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, A Seriyası təmsilçisi yayda yollarını ayırdığı sol cinah müdafiəçisi Marvin Zeqeları geri qaytarıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı yeni müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Xatırladaq ki, Zeqelar 2019-cu ildən formasını geyindiyi İtaliya klubundan 2022-ci ilin iyul ayında ayrılmışdı. A Seriyası təmsilçisi həmin vaxtdan klubsuz olan oyunçunu yenidən heyətinə qaytarıb.

Zeqelar vaxtilə bu komandanın heyətində meydana çıxdığı 66 oyunda 1 qol da vurub.

“Ayaks”ın yetirməsi olan 32 yaşlı futbolçu “Ekselsior”, “Espanyol”, “Elazığspor”, “Bləkpul”, “Rio Ave” və “Uotford” kimi klubların da formasını geyinib.

Bənzər xəbərlər