İtaliya klubunda baş məşqçi istefası
İtaliyanın “Latsio” klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssis öz istəyi ilə postundan ayrılıb.
Qeyd edək ki, “Latsio” başa çatan mövsümdə A seriyasını 7-ci pillədə başa vurub.