featured-image-20874

İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Msport.az xəbər verir ki, A Seriyası təmsilçisi Salvatore Espozito və Şimon Jurkovskini heyətinə qatıb.

Espozito SPAL-dan, Jurkovski isə “Fiorentina”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Jurkovski 2019-cu ilin yanvarında 4.5 milyon avro qarşılığında Polşanın “Qurnik” klubundan “Fiorentina”ya transfer olunub. Lakin 25 yaşlı yarımmüdafiəçi Florensiya klubunun əsas komandasında cəmi 6 oyuna çıxıb.

Espozito isə peşəkar karyerasına məhz SPAL-da başlayıb. İtaliyalı yarımmüdafiəçi bu komandada 89 oyuna çıxıb, 10 qol vurub. 22 yaşlı futbolçu İtaliyanın əsas millisində də bir oyun keçirib.

“Spetsiya” öz yarımmüdafiəçisi Aymar Şeri isə Niderlandın “Qroningen” klubuna icarəyə verib. Əslən İraqdan olan, İsveçin U-17, U-18 və U-21 yığmalarında oynamış gənc futbolçu bu mövsümün sonunadək Niderlandda forma geyinəcək. İsveçin “Hammarbü” və “Frey” klublarında oynamış 20 yaşlı futbolçu, İtaliya təmsilçisində cəmi 3 matça çıxıb.

Bənzər xəbərlər