featured-image-20740

İtaliyanın “Kremoneze” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Davide Ballardini çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu “Cenoa” olan 59 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Ballardini “Kremoneze”də bir neçə gün əvvəl istefaya göndərilən Massimiliano Alvinini əvəz edib.

Sözügedən komanda A Seriyasında 18 turdan qələbəyə həsrətdir. Cəmi 7 heç-heçəsi olan bu komanda 7 xalla sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər