featured-image-15848

“Fiorentina” klubu qapıçısı Mikele Çerofolini ilə müqavilə müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Sözləşməsi mövsümün sonunda başa çatacaq qapıçı ilə anlaşma daha bir il müddətinə uzadılıb. O, 2024-cü ilin yayına qədər Florensiya təmsilçisində forma geyinəcək.

“Fiorentina”nın öz yetirməsi olan futbolçu 2017-ci ildə əsas komandaya cəlb edilib.

Bənzər xəbərlər