İtaliya klubunda yeni müqavilə
“Cenoa” baş məşqçi Alberto Cilardinyo ilə müqavilə müddətini artırıb.
Msport.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Ötən illərin tanınmış hücumçusu 2022-ci ilin dekabrından “Cenoa”ya rəhbərlik edir. Bundan əvvəl Cilardinyo klubun gənclər komandasına çalışdırıb. O, 2022/2023 mövsümün nəticələrinə görə, Genuya təmsilçisini A Seriyasına yüksəldib.
Qeyd edək ki, “Cenoa” 2023/2024 mövsümündə İtaliya çempionatında sona 1 tur qalmış 46 xalla 11-ci pillədə qərarlaşıb.