İtaliya klubunun qapıçısının durumu bilindi
İtaliyanın “Napoli” klubunun əsas qapıçısı Aleks Meretin son durum bəlli olub.
Msport.az xəbər verir ki, 27 yaşlı qolkiper A Seriyasının V turunda “Yuventus”la oyunda (0:0) zədələnib.
Meret həmin görüşün 36-cı dəqiqəsində Elia Kaprile ilə əvəzlənməli olmuşdu. Tibbi müayinənin nəticələrinə görə, Meretin sol budun uzun əlavəedici əzələsinin 2-ci dərəcəli zədələnməsi diaqnozu qoyulub. Qapıçı artıq müalicəyə başlayıb.
Qeyd edək ki, Aleks Meret bu mövsüm “Napoli”nin 6 oyununda çərçivəni qoruyuv, 4 qol buraxıb.