featured-image-65053

İtaliya Kubokunda 2024-25 mövsümünün qalibi bəlli olub.

Msport.az xəbər verir ki, final oyununda “Milan” “Bolonya” ilə qarşılaşıb.

Romanın “Olimpiko” stadionunda təşkil olunan görüşün taleyini 1 qol həll edib. Dan Ndoyun 53-cü dəqiqədə vurduğu yeganə qol “Bolonya”ya kuboku qazandırıb.

Bununla bolonyalılar 51 illik həsrətə son qoyub. Komanda daha əvvəl 2 dəfə – 1970 və 1974-cü ildə İtaliya Kubokunu qazanmışdı.

“Milan” isə ölkə kubokunda keçirdiyi 15-ci final matçının 10-da məğlub olub. “Rossoneyerlər” axırıncı dəfə 2003-cü bu titula yiyələnib.

Bənzər xəbərlər