featured-image-25112

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını başa vurduğunu açıqlayıb. Msport.az “Marca”ya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis bununla bağlı açıqlama verib:

“Özümü yaxşı hiss edirəm, qalan heç bir şeyin mənim üçün önəmi yoxdur. Bəzi təkliflər gəlmişdi, lakin arzu etdiyim yeganə skamya parkda nəvələrimlə oturduğumdur. Bəsdir, məşqçi işlədim. Mən həyatdan həzz almaq istəyirəm”.

Prandelli futbolçu kimi 1984-1985 mövsümündə “Yuventus”da Çempionlar kubokunu qazanıb. O, futbolçu karyerasını 1990-cı ildə “Atalanta”da başa vurub. Həmin komandada məşqçilik karyerasına başlayıb. Prandelli 2010-2014-cü illərdə İtaliya yığmasına rəhbərlik edib. “Skuadra Adzura” 2012-ci ildə  Avropa çempionatının finalına yüksəlib.

Prandelli 2014-cü ildə “Qalatasray”ı çalışdırıb. Təcrübəli mütəxəssisin son iş yeri “Fiorentina”  olub.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər