İtaliya millisinin yeni baş məşqçisi açıqlandı
İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, yığmanı Lusiano Spaletti çalışdıracaq. Təcrübəlii mütəxəssislə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, 1 sentyabr tarixində işinə başlayacaq.
Son mövsümdə “Napoli” ilə İtaliya çempionu olan 64 yaşlı mütəxəssis yığmanın baş məşqçisi postunda Roberto Mançinini əvəz edib.