featured-image-38869

İtaliyanın “Yuventus” klubu İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edən Ceydon Sançonu heyətinə qatmaq istəyir.

Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, Turin təmsilçisi ingiltərəli oyunçunu icarə əsasında transfer etmək niyyətindədir.

23 yaşlı vinger baş məşqçi Erik Ten Haqla problem yaşadığı üçün forma şansı əldə etmir.

Qeyd edək ki, 2021-ci ildən “Mançester Yunayted”də çıxış edən oyunçunun müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Bənzər xəbərlər