featured-image-62287

“Yuventus” “Mançester Yunayted”in vingeri Antoniyə maraq göstərir.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu hazırda icarə əsasında “Betis”də çıxış edir.

Braziliya millisinin üzvü mövsümün sonunda Turin klubuna keçməyə müsbət yanaşır. Lakin transferin baş tutması üçün iki şərtin yerinə yetirilməsi vacibdir. İlk növbədə “qırmızı şeytanlar” Antoni üçün tələb olunan 50 milyon avroluq məbləği azaltmalıdır. Həmçinin ön xətt oyunçusu maaşının azaldılmasına razı olmalıdır. Onun hazırda Premyer Liqa klubunda illik məvacibi 14 milyon avrodur.

Qeyd edək ki, Antoni yanvarda “Betis”ə icarəyə verilib. Cari mövsümdə braziliyalı bütün turnirlərdə 21 oyunda iştirak edib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun ingilislərlə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər