featured-image-29113

 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında cari mövsümü dəyərləndirib.

Msport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis “Radio24″ə müsahibəsində “Napoli”nin çempionluq tituluna çox yaxın olduğunu bildirib.

“Bu komanda ilə yanaşı, “Montsa”nı da mövsümün sürprizi adlandırardım. Məni ən çox Milanın iki təmsilçisi – “İnter” və “Milan” məyus etdi. Təbii ki, “Yuventus”u da bu siyahıya əlavə edərdim. Onlar texniki səviyyədə digərlərindən daha üstündürlər”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan yığmamıza başçılıq edir.

Bənzər xəbərlər