featured-image-65966

“Yuventus” və “Milan” “Real”ın hücumçusu Endrikə maraq göstərir.

Msport.az xəbər verir ki, braziliyalı futbolçunun satışı halında “kral klubu” onun geri alınması üçün xüsusi bənd nəzərdə tuta bilər.

Bu, 2024-cü ilin yayında yarımmüdafiəçi Nikolas Pasın “Komo”ya keçidi zamanı tətbiq olunan mexanizmə bənzəyəcək.

18 yaşlı forvard geridə qalan mövsümdə bütün turnirlərdə 37 oyunda iştirak edib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər