İtaliya təmsilçilərindən parlaq nəticə - 5 klub yarımfinalda!
Avropa kuboklarının yarımfinal mərhələsində ən çox İtaliya klubları təmsil olunacaq. Msport.az xəbər verir ki, İtaliyanın 5 komandası yarımfinala vəsiqə qazanıb.
“Milan” və “İnter” Çempionlar Liqasında, “Yuventus”, “Roma” Avropa Liqasında, “Fiotrentina” isə Konfrans Liqasında mübarizəni davam etdirir.
İspaniyanın iki təmsilçisi – “Real” Çempionlar Liqasında, “Sevilya” isə Avropa Liqasında qalır.
İngiltərənin də 2 nümayəndəsi avrokuboklardadır. “Mançester Siti” Çempionlar Liqasında, “Vest Hem” Konfrans Liqasında yarışır.
Almaniya (“Bayer”, Avropa Liqası), İsveçrə (“Bazel”, Konfrans Liqası) və Niderland (AZ Alkmaar, Konfrans Liqası) bir klubla təmsil olunurlar.
ANAR ABDULLAYEV







