featured-image-26214

Mario Balotelli İtaliya futbolunda hücumçu çatışmazlığı fikri ilə razı deyil.

Msport.az xəbər verir ki, “skuadra adzurra”nın baş məşqçisi Roberto Mançini yığmada forvard qıtlığı olduğunu demişdi.

Çiro İmmobile zədəli olduğundan hazırda millinin düşərgəsindən yalnız Canluka Skamakka, Denyan Nyonto və Mateo Reteqi var.
İsveçrənin “Syon” klubunda çıxış edən Balotelli bununla bağlı instaqramda yazıb:

“İnandırım sizi ki, İtaliyada hücumçular var və onlar yaxşı formadadırlar. Təəssüf ki, bu, başına gələnlərdən dərs çıxarmayanların fikirləridir”.

Qeyd edək ki, Balotelli 2018-ci ilin sentyabrından yığmada oynamayıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər