featured-image-21052

İtaliya prokurorluğu “Yuventus”un cəzalandırılmasını tələb edir. Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, Turin klubu maliyyə fırıldaqlarındaittiham olunduğu üçün komandanın 9 xalının silinməsi istənilir.

Bundan başqa, “Yuve”nin bir neçə rəhbər şəxsinə uzunmüddətli futboldan kənarlaşdırılmaq cəzalarının verilməsi tələb olunur: klubun sabiq direktoru Fabio Paratiçi 20 ay, 10 gün, sabiq prezident Andrea Anyelli 16 ay, keçmiş direktorlar Pavel Nedved, Paolo Qarimberti və Maurutsio Arrivabene hərəsi 12 ay.

Prokururluq maliyyə fırıldaqlarına əl atan digər klubların da cəzalandırılmasını istəyir.

Xatırladaq ki, “Yuventus” futbolçuların transfer qiymətlərinin şişirdilməsində, klubun əməkdaşlarının gəlirlərinin az göstərilməsində ittiham olunur.  Bundan başqa, oyunçuların əməhaqqlarının real dəyərindən az yazılması şübhəsi də var.

Bir müddət əvvəl klubun rəhbər şəxsləri istefa veriblər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər