İtaliyalı futbolçu “Barselona”da
İspaniyanın “Barselona” klubu “Yuventus”unun hücumçusu Federiko Kyeza ilə müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, bu barədə məlumatı italyan jurnalist və insayder Nikolo Şira özünün “X” sosial şəbəkə hesabında yazıb.
Futbolçunun 3 illik müqaviləyə əsasən maaşı 4 milyon avro olacaq və o, daha 2 milyonunu bonus şəklində alacaq.
Turin klubuna isə transfer üçün 10 milyon avro, üstəgəl 3 milyon bonus təklif olunacaq (digər mənbələrə görə, 9+4).
Qeyd edək ki, Kyeza “Yuventus”da 5 milyon avro və bütün komandaya aid olan standart bonuslar qazanırdı.
“Qoca sinyora” Kyezanı öz heyətində görmür və münasib təklif gəldiyi halda, İtaliya millisinin 26 yaşlı futbolçusunu satmağa hazırdır.