featured-image-45150

İtaliya millisinin hücumçusu Çiro İmmobile “Latsio”dan ayrılmağa hazırlaşır.

Msport.az xəbər verir ki, bəzi azarkeşlər baş məşqçi Mauritsio Sarrinin qovulmasında futbolçunu günahkar bilirlər.

Bir neçə gün əvvəl oyunçu, həyat yoldaşı və 4 yaşlı oğlu tıxacda olublar. Həmin vaxt fanatlardan biri onu görüb və söyməyə başlayıb. Uşaq isə qorxub.

Bundan əlavə, onun həyat yoldaşı küçədə təhqir olunub. İmmobile də bir neçə ay sosial şəbəkələrdə hücuma da məruz qalır.

“Latsio” forvarda və onun yaxınlarına dəstək ifadə edən bəyanat yayıb, tərəfdarların hərəkətlərini pisləyib.

Bənzər xəbərlər