featured-image-42115

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Corco Kyellini tezliklə məşqçilik karyerasına başlayacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, keçmiş müdafiəçi ABŞ-da “Los-Anceles”də çalışacaq. 39 yaşlı mütəxəssis yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Corco Kyellini ötən ilin sonlarında karyerasını başa vurub.

Bənzər xəbərlər