featured-image-38747

İtaliya millisinin və “Atalanta”nın futbolçusu Giorgio Skalvini tezliklə klubunu dəyişə bilər.

Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi bir neçə məşhur klubun diqqətini çəkib.

“Mançester Siti” və “Bavariya” gənc oyunçunun mümkün transferi ilə bağlı artıq “Atalanta” ilə əlaqə saxlayıb. “Yuventus”un isə skautları Skalvinini diqqətlə izləyirlər.

Qeyd edək ki, o, cari mövsüm komandasının heyətində bütün turnirlərdə 10 matçda meydanda olub və 1 qol vurub. Müdafiəçinin klubu ilə müqaviləsi 2027-ci ildə başa çatmalıdır.

Bənzər xəbərlər