İtaliyalı müdafiəçi yenidən ölkəsində çıxış edə bilər
“Yuventus”un sabiq futbolçusu Leonardo Bonucci yenidən İtaliyada çıxış edə bilər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Roma” Almaniyanın “Union” klubunda çıxış edən təcrübəli müdafiəçi ilə maraqlanır.
“Canavarlar” Kriss Smollinq və Evan Ndikinin zədələnməsindən narahatdır.
Qeyd edək ki, Leandro Bonuççi ötən ilin yayında azad agent kimi “Union”a keçib.







