featured-image-54898

PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola müştərisinin gələcək planlarını açıqlayıb.

Msport.az xəbər verir ki, Rayolanın dediklərini tanınmış insayder Nikolo Skira şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“O, PSJ-də qalmaq istəyir. Artıq yeni müqavilə ilə bağlı aparılan danışıq aparırıq. Cici PSJ-nin əfsanəsi ola bilər”.

Xatırladaq ki, Donnarumma 2021-ci ildə “Milan”dan ayrılaraq azad agent qismində Paris klubuna qoşulub. Onun Fransa nəhəngi ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər