İtaliyalı yarımmüdafiəçi İngiltərə yolunda
İtaliyanın “İnter” klubunun futbolçusu Nikolo Barella karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, “Çelsi” 26 yaşlı yarımmüdafiəçini transfer etmək üçün Milan təmsilçisi ilə rəsmi danışıqlara başlayacaq.
İtaliyalı oyunçu cari mövsüm “İnter”in heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.







