featured-image-42626

“Sevilya”nın futbolçusu İvan Rakitiç İspaniya klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv edib.

Msport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını “Əl-Şəbab”da davam etdirəcək.

Xorvatiyalı oyunçu artıq tibbi müayinədən keçib. Onun yeni klubu ilə sözləşməsi 2025-ci ilin yayınadək qüvvədə olacaq.

Qeyd edək ki, Rakitiçin “Sevilya” ilə müqaviləsi yayda başa çatmalı idi.

Bənzər xəbərlər