featured-image-27355

“Milan” futbolçusu Olivye Jiruyla yeni müqavilə bağlayacaq.

Msport.az xəbər verir ki, bu barədə “rossoneri”lərin direktoru Frederik Massara deyib:

“Yaxın günlərdə Olivye Jiruyla yeni müqavilə bağlayacağıq. Buna tam əmin ola bilərsiniz”.

Qeyd edək ki, 36 yaşlı hücumçu cari mövsüm A Seriyasında keçirdiyi 26 oyunda 8 qol, 4 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər