featured-image-19601

Fransa millisinin hücumçusu Olivye Jiru “Milan”la yeni müqaviləyə imza atacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

36 yaşlı futbolçu artıq klubla şifahi razılıq əldə edib. Jirunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

“Milan” bundan başqa, İsmael Bennaserlə də müqaviləni uzaqtmağı planlaşdırır.

Jiru bu mövsüm “Milan”ın heyətində 13 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər