featured-image-47176
“Milan” mövsümün sonunda ABŞ klubu “Los Anceles”ə keçəcək Olivye Jiruya əvəzləyici tapıb.
Msport.az xəbər verir ki, İtaliya klubu “Ştutqart”ın hücumçusu Seru Qirassiyə “elçi düşüb”.
Bundesliqada bombardirlik keyfiyyətlərini nümayiş etdirən forvardın 17,5 milyon avroluq sərbəst qalma bəndinin olması “rossonyerlər” üçün cəlbedicidi. Başqa bir neçə hücumçu da transfer gündəmindədi. Lakin performansla yanaşı, transfer məbləğinin ucuz olması italyanlar üçün Qirassini prioritetə çevirib.
Qeyd edək ki, Seru Qirassi cari mövsüm Bundesliqada 25 qol vurub.

Bənzər xəbərlər