Joao Feliks “Atletiko”ya qayıtmaq istəmir
Joao Feliks “Atletiko”ya qayıtmaq istəmir. Msport.az xəbər verir ki, bu barədə insayder Pedru Almeyda məlumat yayıb.
Portuqaliya millisinin üzvü Madrid klubuna xəbər edib ki, “Çelsi” ilə icarə müqaviləsi başa çatdıqdan sonra komandaya dönmək niyyətində deyil.
23 yaşlı hücumçu bu ilin yanvarından London klubunda çıxış edir. O, 9 oyunda 2 qol vurub.
ANAR ABDULLAYEV







