Joao Feliks yetirməsi olduğu kluba qayıdır
Portuqaliya millisinin və “Çelsi”nin hücumçusu Joao Feliks sabiq klubu “Benfika”ya qayıdacaq.
Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
26 yaşlı hücumçu artıq transferlə bağlı “Benfika” ilə razılığa gəlib. Tezliklə tərəflərin müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Feliks 2015-2019-cu illərdə “Benfika” sistemində olub. O, daha sonra 127,5 milyon avroya “Atletiko”ya keçib.