Jordi Alba da Messinin yanına gedir
“Barselona”nın sabiq futbolçusu Jordi Alba yenidən Lionel Messi ilə birgə çıxış edəcək. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “İnter Mayami” ilə anlaşıb.
Klub müqavilə ilə bağlı son detallar üzərində işləyir. MLS klubu Millətlər Liqası oyunlarından sonra rəsmi müqavilə bağlamaq istəyir. Mayami təmsilçisi Busketsi də heyətinə cəlb etmək barədə düşünür.
MLS-in qaydalarına əsasən, Albaya təklif olunan əməkhaqqı ilinə 2 milyon dollardan çox ola bilməz. Bu səbəbdən “İnter Mayami” çalışır ki, müdafiəçiyə əlavə gəlir üçün reklam müqavilələri tapsın.
ANAR







