featured-image-25563

“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezuş mövsümün sonunda yeni müqavilə imzalamayacaq. Msport.az xəbər verir ki, 68 yaşlı mütəxəssis Türkiyədə qalmaq istəmir. Onun bu günlərə səsləndirdiyi “Super Liqada matçlar meydanda deyil, masada qazanılır” açqlaması böyük səs-küy doğurub.

Portuqaliyalı mütəxəssis mövsüm başa çatdıqdan sonra “Flamenqo” və ya Braziliya yığmasından təklif alarsa, tərəddüd etmədən “hə” cavabı verəcək.

Qeyd edək ki, “Fənərbaxça” 23 oyundan sonra 51 xalla 2-ci yeri tutur və lider Qalatasaray”dan 9 xal geri qalır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər