featured-image-28147

“Liverpul”un hücumçusu Dieqo Jota bir ildən sonra Mersisayd klubunun heyətində fərqlənə bilib. Msport.az xəbər verir ki, Yurgen Kloppun komandası İngiltərə Premyer Liqasının 31-ci turda səfərdə “Lids”i darmadağın edib – 6:1.

Start heyətində meydana çıxan portuqaliyalı futbolçu 52-ci dəqiqədə Körtis Consun ötürməsindən sonra rəqib qapısına yol tapıb. Jota “Liverpul”un heyətində son qolunu 2022-ci il aprelin 10-da Premyer Liqada “Mançester Siti” ilə “Etihad”dakı oyunda (2:2) vurmuşdu.

26 yaşlı futbolçu zədə səbəbindən ötən il oktyabrın 17-dən fevralın əvvəlinə kimi meydana çıxmayıb.

Bu mövsüm “Liverpul”un heyətində 19 oyun keçirən Jota 1 qol vurub və 7 məhsuldar ötürmə verib.

ANAR 

 

Bənzər xəbərlər