featured-image-24082

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo A Seriyasının cari mövsümündə növbəti dəfə texniki zonadan qovulub.

Msport.az xəbər verir ki, o, bu dəfə səfərdə “Kremoneze”yə qarşı keçirdikləri səfər oyununda hakimlərin qəzəbinə tuş gəlib.

A Seriyasının 24-cü turu çərçivəsində baş tutan qarşılaşmanın ilk hissəsində baş hakimin qərarlarından narazı olan buna portuqaliyalı ona sərt etirazını bildirib. Onun hətta təhqirə əl atması matçın baş hakimi Marko Piççininin qırmızı vərəqə göstərməsi ilə nəticələnib.

Xatırladaq ki, Mourinyo bu mövsüm baş tutan əvvəlki oyunlarda da bir neçə dəfə texniki zonadan qovulub və xeyli müddət cəzalı olduğu üçün komandasının tribunadan izləmək məcburiyyətində qalıb.

“Roma” “Kremoneze” ilə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu, çempionatın aşkar autsayderinin cari mövsümdəki ilk qələbəsi olub. Nəticədə xallarının sayını 12-yə çatdıran “Kremoneze” sonuncu pilləni tərk edib və 19-cu sıraya qalxıb. “Roma” isə 44 xalla beşincidir.

Bənzər xəbərlər