Joze Mourinyoya qarşı iş açıldı
İtaliya Futbol Federasiyası (FIGC) hakimi tənqid etdiyi üçün “Roma”nın baş məşqçisi Joze Mourinyoya qarşı iş açıb.
Msport.az ANSA-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Sassuolo” ilə oyundan əvvəl referi Matteo Marsenaro haqqında danışıb.
Mourinyo hakimliklə bağlı narahatlığının olduğunu söyləyib: “O, artıq üç dəfə bizim matçlarda işləyib. Düşünmürəm ki, onun bu səviyyədə işləmək üçün sabitliyi yoxdur”.
Daha sonra baş məşqçi özünü tam düzgün ifadə etmədiyini deyib.
Qeyd edək ki, “Roma” A Seriyasında 14 oyundan sonra 24 xalla dördüncü yerdədir.