featured-image-60521

Qış fasiləsində “Qarabağ”ı “Flamenqo”ya dəyişən Juninyo yeni komandasında debüt edib.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu Quanabara Kubokunun qrup mərhələsinin V turunun “Volta Redondo” ilə görüşündə meydana çıxıb.

Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə Beyni Henrikenin yerinə meydana daxil olub.

Rəqibini 2 cavabsız qolla üstələyən “Flamenqo” xallarını 7-yə çatdıraraq, yarımfinala vəsiqəni təmin edib.

Qeyd edək ki, Juninyo “Flamenqo”ya 5 milyon avro təzminat qarşılığında keçib.

media-FB_IMG_1737871919417

media-FB_IMG_1737871913817

media-FB_IMG_1737871913817


Bənzər xəbərlər