featured-image-59862

“Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna keçən Olavio Juninyo Rio-de-Janeyroya çatıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçunu azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Forvard “Burada olduğum üçün çox xoşbxətəm” deyib. Oyunçu yeni klubu ilə rəsmi müqavilə imzalamadığı üçün müsahibə verməyib. O, birbaşa otelə yollanıb. Juninyo çərşənbə axşamı tibbi müayinədən keçəcək və daha sonra üçillik rəsmi sözləşmə bağlayacaq.

“Qarabağ” bu transferdən beş milyon avro qazanacaq. “Flamenqo” həmin məbləği hissə-hissə ödəyəcək.

Bənzər xəbərlər