Juninyonun "Flamenqo"da debüt edəcəyi vaxt bəlli oldu
“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya transfer olunan Olavio Juninyonun yeni klubunda debüt edəcəyi vaxt müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə “Sportingnews” nəşri məlumat yayıb.
Komandanın ABŞ-dək təlim-məşq toplanışına qatılmayan 28 yaşlı hücumçunun yanvarın 25-də “Carioca – Taca Guanabara” turnirində “Volta Redonda” ilə matçda iştirakı gözlənilir.
O, hələlik müqavilə imzalamadığı üçün eyni yarışdakı “Madureira”, “Nova İquacu” və “Banqu” ilə matçlarda forma geyinməyəcək.
Qeyd edək ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.