Juninyonun "Sevilya"ya transferi alınmadı, "Flamenqo"ya keçir
“Qarabağ”ın futbolçusu Olavio Juninyonun İspaniyanın “Sevilya” klubuna keçidi baş tutmayıb.
Msport.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
Braziliyanın “Flamenqo” klubunun təklifi həm “Qarabağ”, həm də 28 yaşlı hücumçunu razı salıb. Juninyo öz ölkəsində çıxış edəcəyi təqdirdə “Sevilya”dakından daha yüksək maaş alacaq. Artıq Andalusiya təmsilçisinin də təcrübəli forvardın transferindən vaz keçdiyi bildirilib.
Qeyd edək ki, “Sevilya” “Qarabağ”a 4 milyonluq transfer təklifi paketi ilə müraciət etsə də, Ağdam klubu buna müsbət cavab verməyib.