featured-image-24534

“Krasnodar”a keçid mənim üçün irəliyə addım deyil”.

Msport.az xəbər verir ki, bunu qış fasiləsində “Qarabağ”ı Rusiya “Krasnodar”ına dəyişən Kadi Borges “RB Sport”a açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, bu transfer onun üçün özünü göstərmək baxımından yaxşı fürsətdir: “Hazırda 100 faiz öz komandama köklənmişəm. Bu, mənim üçün yeni şansdır. Maksimum dərəcədə klubuma kömək etmək və hər oyundan sonra daha yaxşı olmaq istəyirəm”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub.

Bənzər xəbərlər