featured-image-23719

Rusiya Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, qış fasiləsində “Qarabağ”dan Kadi Borgesi transfer edən “Krasnodar” MOİK-lə qarşılaşıb. Görüş ordu klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Kadi 70-ci dəqiqədə əvəzlənib. Braziliyalı yarımmüdafiəçi 45+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 28-də keçiriləcək.

Bənzər xəbərlər