Kadi Borges: “Rus dilində ancaq pis sözləri bilirəm”
“Krasnodar”ın futboloçusu Kadi Borges rus dilini öyrənməsi barədə danışıb.
Msport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində Rusiyaya gəldiyi ilk gündən buna cəhd etdiyini bildirib:
“Krasnodar” karyeramın əvvəlindən rus dilini öyrənməyə başlamışam. Amma hələlik inkişaf yoxdur. İndiyədək yalnız pis sözləri bilirəm (gülür)”.
Qeyd edək ki, Kadi Borges qış fasiləsində “Qarabağ”dan 5 milyon avro qarşılığında “Krasnodar”a keçib.
CAHİD







